Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Məkarim Şirazi, Xorasan vilayətinin Elmi Hövzəsinin Ali Şura üzvləri ilə görüşündə həzrət Zəhranın (s) şəhadət günləri münasibətilə başsağlığı verərək, hövzələrin əsas problemlərindən birinin seçim məsələsi olduğunu bildirərək qeyd edib:
“Düzgün seçim yəni insanların istedadı, hazırlığı və həqiqi marağı əsasında aparılan seçim yolun yarısını həll edir.”
O həzrət, dərs materiallarının dəqiq tənzimlənməsi, tədris kitablarının düzgün seçilməsi və seçilən istedadlı tələbələrin mütləq təşviq edilməsinin vacibliyini vurğulayaraq əlavə edib:
“Təşviq, oxumaqda motivasiya yaradır və təhsildə biganəliyin qarşısını alır.”
O, ərəb dilini öyrənməyi tələbələr üçün zəruri hesab edərək, ərəb və fars dilləri arasında çoxlu ortaq xüsusiyyətlərin olduğunu qeyd edərək dedi:
“Ərəb dilini öyrənmək təbliğ səfərlə
rində, Ümrə və Həcc ziyarətlərində, eləcə də ərəb ölkələri ilə əlaqələrdə çox təsirli ola bilər.”
Mərcəyi-təqlid həmçinin müntəzəm və məqbul imtahanların keçirilməsinin vacibliyini vurğulayaraq əlavə etdi:
“İmtahanlar nə elə çətin olmamalıdır ki, tələbələrdə ruhdan düşmə yaratsın, nə də elə asan olmamalıdır ki, tələbələr çox rahatçılıqla keçə bilsinlər.”
Həzrət Ayətullah Məkarim Şirazi, müasir vasitələrdən istifadə etməyin əhəmiyyətinə toxunaraq, media və yeni texnologiyalardan faydalanmağı vurğulayaraq qeyd etdi:
“Süni intellektin həm təhlükəsi var, həm də faydası. Hövzə fəaliyyətləri üzərindəki təsirini araşdırmaq üçün bir komitə yaradılmalıdır.”
O, daha sonra təbliğatçıların yetişdirilməsinin əhəmiyyətinə və Məşhədin bacarıqlı natiqlər yetişdirməkdəki parlaq keçmişinə işarə edərək əlavə etdi:
“Tələbələr təhsillə yanaşı natiq məşqləri də etməlidirlər ki, lazım olan zaman minbərə çıxa bilsinlər və hövzənin ixtisaslı yığıncaqlarında düzgün şəkildə fikir bildirə bilsinlər.”
Həzrət, həmçinin Məşhəd şəhərində mədəni məsələlərdən birinin müxtəlif bölgələr arasında dini səviyyə fərqləri olduğunu vurğulayaraq bildirdi:
“Şəhərin müxtəlif məhəllələrinin məscidlərinə təbliğçilər göndərilməlidir ki, xüsusi günlərdə insanları maarifləndirib istiqamətləndirsinlər.”
Həzrət Ayətullah Məkarim Şirazi Qum və Məşhəd hövzələrinin mühüm mövqeyini vurğulayaraq buyurdu:
“Qum və Məşhəd hövzələrinin çox dəyərli təcrübələri var və bu təcrübələrin qarşılıqlı şəkildə mübadiləsi çox faydalı və təsirli bir addımdır.”
O həzrət daha sonra tələbələrin maddi çətinliklərinə toxunaraq bildirdi:
“Maaşların artırılmasına baxmayaraq, tələbələrin xərcləri bundan qat-qat çoxdur və imkan daxilində onların maddi ehtiyaclarına diqqət yetirilməlidir.”
Həzrət Ayətullah Məkarim Şirazi sonda Məşhəd şəhərinin Elmi Hövzəsinin Ali Şura üzvlərinə xitab edərək buyurdu:
“Əmin olun ki, fəaliyyətləriniz İmam Məhdinin (ə.f) diqqətindədir. Çünki siz onun hövzəsinə xidmət yolunda addım atırsınız.”
Xəbərin sonu




Rəyiniz